Bakıda ikimərtəbəli ev yanıb

 22:37 14.01.2021     60

Bakının Xəzər rayonunda ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin mansardının yanar konstruksiyaları 120 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. //APA