"AZGRANATA" MMC-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

 14:00 20.01.2021     1598

"AZGRANATA" MMC-nin kollektivi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az-ın məlumatına görə, şirkətin İdarə Heyətinin sədri Şaiq Mirzəyev və əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.