Millət vəkili TƏBİB-ə müraciət etdi: "MƏNƏ DƏ VAKSİN VURUN!"

 19:56 20.01.2021     1038

"İkinci dalğaya qədər COVID-19-un mövcudluğuna şübhə ilə yanaşanlar var idi, bu gün də vaksinasiya prosesinə belə yanaşanlar var. Hesab edirəm ki, prosesin əhəmiyyəti, peyvəndin tətbiq edilib-edilməməsinin mümkün riskləri istiqamətində maarifləndirmə tədbirləri güclənməlidir".

Bu sözləri Redaktor.az-a millət vəkili Bəhruz Məhərrəmov deyib. O bildirib ki, prosesə münasibətdə bütün dünyada, eləcə də bizim cəmiyyətdə birmənalı yanaşma mövcud deyil:

"Hesab edirəm ki, prosesin əhəmiyyəti, peyvəndin tətbiq edilib-edilməməsinin mümkün riskləri istiqamətində maarifləndirmə tədbirləri güclənməlidir. Təbii ki, ən yaxşı çağırış şəxsi nümunədir. Bu amalla prosesə dəstəyimi ifadə etmək üçün TƏBİB rəhbərliyinə müraciət edib könüllü olaraq vaksin vurdurmaq istəyimi bildirdim. Düşünürəm ki, bununla da ən azı təmsil etdiyim bölgədə peyvəndləməyə skeptik yanaşmalara əhəmiyyətli təsir göstərə bilərik".

Mahir Xəttab / Redaktor.az