Gəncədə piyadanı maşın vurub

 23:50 22.01.2021     276

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, Cavad Xan qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Abdullayev Rəhim İsrail oğlu yolu keçmək istəyən zaman minik maşını onu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA