Qadın sürücü piyadanı vuraraq öldürüb - Bakı

 12:38 23.01.2021     227

Bakı şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A. Qəhrəmanova idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən paytaxt sakini S. Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.