Xırdalanda baş verən partlayışla bağlı RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

 19:40 25.01.2021     1040

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Xırdalan şəhəri 27-ci məhəllədə partlayış baş verib.

FHN-nin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyevanın Redaktor.az-a verdiyi məlumata görə, hadisə ikimərtəbəli fərdi yaşayış evində baş verib:

"Partlayışın təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. Dağıntılar altında qalanlardan biri qadın, digəri uşaqdır. Digərlərinin axtarışı davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub".

19:13

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

Redaktor.az-ın xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Hadisənin səbəbləri dəqiqləşdirilir.