Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı - FOTO

 15:14 15.02.2021     310

Hacıqabul rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb.

Ondan “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.