Həbsdə olan yeznəsinə narkotik aparan şəxs saxlanılıb

 17:11 15.02.2021     175

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Redaktor.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Rzayev Razi Arif oğluna qaynı, Gəncə şəhər sakini Məmmədov Arzu Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kartofun içəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,683 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,042 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.