Qərb bölgəsində ətin qiyməti ucuzlaşdı - VİDEO

 18:45 15.02.2021     165

Koronavirus pandemiyası qərb bölgəsində, xüsusən Gəncə şəhərində ətin qiymətinə təsir edib. Hazırda ölkənin ikinci böyük şəhərində ət məhsullarının qiymətində kəskin ucuzlaşma gedir. 

Redaktor.az xəbər verir ki, pandemiyadan öncə 1 kiloqramı 11-12 manata satılan ətin qiyməti hazırda 9-10, hətta 8 manata təklif edilir. 

Ət satışı ilə məşğul olan şəxslər bildirir ki, qiymətlərin enməsinə səbəb ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağadır. 

Qiymətlər xırdabuynuzlu heyvanların satışında da özünü göstərməkdədir. 

Belə ki, xırdabuynuzlu heyvanların satışında ucuzlaşma var. 

Ətraflı Baku TV-nin süjetində: