Bakıda iki avtomobil toqquşub - Xəsarət alan var

 07:15 16.02.2021     431

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qara Qarayev metrosunun yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü İslamov Əli Zəki oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. //Report