Toy mərasimi təşkil edənlər cərimələnib - Cəlilabad

 10:02 16.02.2021     283

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini C.Quliyevin karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.