Ağcabədidə iki avtomobil toqquşub - Xəsarət alan var

 15:18 16.02.2021     247

Ağcabədi rayonunda yol qəzası olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda “Mitsubishi” və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mitsubishi" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.