Meşələrdə ağac kəsiminə yalnız bu halda icazə verilir

 18:11 16.02.2021     113

“Baxmayaraq ki, bizdə 96 faizə qədər qazlaşma var, ölkəmiz bir çox qabaqcıl Avropa ölkələrini üstələyir, amma ölkənin ucqar zonaları, sərhəd zastavaları, təhsil müəssisələri var ki, onlar qış aylarında yalnız odunla qızdırılırlar. Buna görə də, Azərbaycanda meşələrdə qanuni qırma sahələri müəyyən edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib. 

O qeyd edib ki, bu tələbi ödəmək üçün Nazirlər Kabineti tərəfindən limit müəyyənləşdirilib:

“Bu limit ötən il üçün 64 min kub metr müəyyənləşib. Ötən il Vətən müharibəsi ilə əlaqədar fors-major olaraq əlavə 2 min kub metr də tədarük etdik. Bu zaman ömrü bitmiş ağaclar və ya ağacların tör-töküntüsündən istifadə olunur. Bu fəaliyyət həmçinin milli parkların ərazisində də aparılır”.