Ermənistanda Gorus-Zeyvə yolu ilə bağlı təlaş - VİDEO

 20:48 16.02.2021     441

Zəngəzur vilayətində yaşayan ermənilər təlaş içindədir. Buna səbəb Ermənistanın “Qraparak” qəzetinin yaydığı müəmma dolu yazıdır.

Redaktor.az-ın məlumatına görə, qəzet “məxfi” sənədə istinad edərək bildirib ki, guya rəsmi Bakı və İrəvan Ermənistanın Sunik, yəni Zəngəzur bölgəsinin Gorus-Davidbek yolunun 21 km-lik hissəsini Azərbaycana təhvil verir. 

Nəşr yazır ki, bu məsələ sənəddə birbaşa qeyd edilməyib. Lakin ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxmini üç ilə Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir. 

Daha ətraflı Baku TV-nin süjetində: