Ağstafada avtomobil qadını vurub

 22:40 16.02.2021     465

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə magistral yolun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon Çaylı kənd sakini, 1991-ci il təvəllüdlü Firuzə Sanıyevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. //Report