SON DƏQİQƏ: Azərbaycanda yaşayış evi partladı

 10:22 17.02.2021     332

Gəncədə yaşayış evlərinin birində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsi ev 2 ünvanında baş verib. Nəticə etibarı ilə həmin vaxt evdə tək olan 1988-ci il təvəllüdlü Məmmədov Vasif Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Mənzil tamamilə dağılıb. //Baku.ws