Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANIB

 13:40 17.02.2021     351

Bu ilin sonuna qədər Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir.

Redaktor.az bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

O bildirib ki, Dövlət Xidmətinin İşçi Qrupu tərəfindən ötən il boyu Rəqabət Məcəlləsinin layihəsinin təkmilləşdirilməsi üzrə işlər görülüb:

“Ölkəmizdə rəqabətin təmin olunması üçün Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir. Biz bu məcəlləni artıq hazırlamışıq və təkmilləşdirmə işləri başa çatıb. Prosesin qanunvericilik mərhələsindəyik. Layihə aidiyyəti qurumlara göndərilib”.

Vumart və Güvən reklamı Vumart Güvən