Bakıda küçədə kişi meyiti tapılıb - FOTO

 13:50 17.02.2021     403

Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkcə və cins şalvar olan naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.