SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli məmur XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

 14:05 17.02.2021     360

Gənclər və İdman Nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.

Redaktor.az xəbər verir ki, "Unikal.org" saytının əldə etdiyi məlumata görə, nazir müavini paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

İ.İsmayılov Unikal.org-a açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini  davam etdirdiyini deyib.