Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi - VİDEO

 16:28 17.02.2021     247

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.

Vumart və Güvən reklamı Vumart Güvən