Azərbaycanda nikah və boşanmaların sayı AÇIQLANIB

 22:50 17.02.2021     119

2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35,348 nikah və 14,628 boşanma halları qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib.

Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.