Gəncəyə güclü qar yağır - FOTO

 23:15 17.02.2021     93

Gəncə şəhərində küləklə müşahidə olunan qar yağır.

Redaktor.az-ın məlumatına görə, qar ciddi fəsadlar törətməsə də küləklə müşahidə olunan yağıntı avtomobillərin hərəkətində çətinliklər yaradır. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd edək ki, Gəncə şəhərində sonuncu dəfə 2016-ci ildə bu cür qar yağıb.

Hazırda Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlarda da yağıntılı hava şəraiti davam edir.

//Report