Qaxa elektrik enerjisinin verilməsi bərpa olunub

 18:35 18.02.2021     147

Qax rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Bunu Redaktor.az-a "Azərişıq" ASC-dən bildiriblər.

Məlumata görə, rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunub. Bu gün səhər şəhər ərazisi elektrik enerjisi ilə təmin olunub. Hazırda güclü qar səbəbindən rayon ərazisində baş verən xırda qəzaların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir. 

Qeyd edək ki, ötən gün axşam saat 19:35 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsinə səbəb isə qeyri-sabit hava şəraiti nəticəsində (Zaqatala-1) 100 K/V-luq elektrik xəttində açılma olub.