ABŞ-da daha bir bəyənnamə imzalanıb - Xocalı soyqırımı

ABŞ-ın Florida ştatının Holondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a verilən məlumata görə, bəyannaməyə əsasən, Xocalı soyqırımının 29-cu ilində soyqırım qurbanlarının xatirəsi yad ediləcək.
Bəyannamənin qəbul edilməsi Florida Azərbaycan İcmasının, xüsusilə, Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının mühüm səyləri nəticəsində mümkün olub.