Azərbaycanda sement istehsalı artıb

 13:48 19.02.2021     202

Bu ilin yanvar ayında Azərbaycanda 233,5 min ton sement istehsal olunub.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 21,7% artıb.

Cari ilin ilk ayında ölkəyə 4426,6 min dollar dəyərində 26 533,4 ton sement və sement klinkerləri idxal olunub ki, bu da 2019-cu ilin göstəricisindən müvafiq olaraq 49,3 və 32,6% azdır.