Avtobuslarda cibgirlik edən şəxs tutulub - FOTO

 14:13 19.02.2021     161

Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub. Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub.

Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya nazirliyin 102 xidmətinə məlumat verə bilərlər", -  deyə DİN-dən bildirilib.

222