Vətən müharibəsi şəhidi Sumqayıtda dəfn olunub

 18:50 19.02.2021     425

Xəbər verdiyimiz kimi, itkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəlib.

Redaktor.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sakini 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, şəhidimiz 5 ay bundan qabaq itkin düşmüşdü və onun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Allah rəhmət eləsin!

//Report