Oqtay Əsədovun keçmiş kürəkəni Londonun meri olacaq

Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun keçmiş kürəkəni London bələdiyyə seçkilərində əsas namizədlərdən biridir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavnşir Həsənli öz "Facebook" səhifəsində paylaşıb. Jurnalist seçkilərin bir neçə ay sonra keçiriləcəyini qeyd edib:
"May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir.
Kamran Balayev Milli Məclisin eks sədri Oqtay Əsədovun keçmiş kürəkənidir.
Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq.
Bəs Oqtay Əsədov? O, yaşının bu çağında az qala hər gün ifşa olunur, boğazına kimi bulaşdığı korrupsiya bataqlığında çabalayır. Bəlkə də həmin günə qədər həbsxananın bir küncündə olacaq. Hərçənd inandırıcı deyil, amma nə bilmək olar həyatdır, kiminin əvvəli, kiminin axırı...". //Sfera.az