Əqli Mülkiyyət Agentliyinin xərcləri açıqlanıb

 12:31 22.02.2021     133

Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikası Prezidentinin büdcə vəsaitlərinə münasibətdə verdiyi tapşırığa uyğun olaraq, hesabat ilində büdcə vəsaitlərini qənaətlə xərcləyib.

Qurumdan Redaktor.az-a bildirilib ki, 2020-ci ildə Əqli Mülkiyyət Agentliyinin tədbirlərinin həyata keçirilməsi ilə bağlı Aparatı üzrə insan resurslarının idarə edilməsi və saxlanılması və tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının saxlanması, fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan 2 935 000 manat vəsait daxilində aparılıb.

İllik smeta xərclərinə uyğun olaraq bu vəsaitin 1 321 580 manatı əmək ödənişlərinə (o cümlədən, 1 051 436 manat ştatda olan işçilərin əmək haqqının ödənilməsinə, 13 391 manatı ştatdankənar işçilərin əmək haqqının ödənilməsinə, 245 590 manatı sair pul ödənişlərinə, 11 163 manatı müavinət və iş qabiliyyətinin itirilməsinə görə), 294 317 manatı DSMF-na ayırmalara, 6 452 manatı bank xərclərinə, 146 073 manatı isə Agentliyin Aparatının saxlanması üçün digər işlərə xərclənib. Agentliyin Aparatı üzrə cəmi faktiki büdcə xərcləri 1 768 422 manat olub.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası 100 ştat vahidinə malikdir və Kitabxana “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası qanunlarını və həmin qanunlardan irəli gələn qanunvericilik aktlarını, qərar, əmr, sərəncamları rəhbər tutaraq fəaliyyət göstərir və onun fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Kitabxananın illik smeta xərclərinə uyğun olaraq ayrılmış vəsaitin 631 812 manatı əmək ödənişlərinə (o cümlədən, 514811 manat ştatda olan işçilərin əmək haqqının ödənilməsinə, 112 679 manat sair pul ödənişlərinə, 4322 manat müavinət və iş qabiliyyətinin itirilməsinə görə), 140 467 manatı DSMF-na ayırmalara, 3293 manatı bank xərclərinə, 61 426 manatı Kitabxananın saxlanması üçün digər işlərə xərclənib. Cəmi faktiki büdcə xərcləri 836 997 manat olub.

Hesabat ili ərzində cəmi 2 605419 manat xərclənib, 329581 manat qənaət edilən qalıq məbləğ olub.

Əldə olunan vəsait hesabına Əqli Mülkiyyət Agentliyinə cəmi daxilolma 2020-ci ildə 3 286 387 manat olub. O cümlədən: Madrid Sazişinə uyğun olaraq ÜƏMT-nın Maliyyə Xidmətindən Agentliyin hesabına 2020-ci il üzrə toplanılmış maliyyə vəsaitinin köçürülməsi ilə bağlı 1 403 250 manat (727826.87 chf), Haaqa Sazişinə uyğun olaraq isə 24 108 manat (12504 chf) vəsait daxil olub.

Azərbaycan ərazisində qüvvədə olan Avrasiya patentlərinin qüvvədə saxlanlması üçün APT-nın Avrasiya Patent Bürosundan təqdim edilmiş Reyestr məlumatları üzrə Agentliyin hesabına daxil olan illik rüsumların məbləği 1 162 251.63 manat (52163470.35 rub) təşkil edib.

“İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə” 696 777 manat təşkil edib. Düzgün tutulmayıb və ya artıq ödənilmiş dövlət rüsumu üzrə dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 11 885 manat məbləğin ödəyicilərin hesablarına qaytarılması təmin edilib.

Əqli Mülkiyyət Agentliyinin əldə olunan vəsait hesabına cəmi yekun xərci 2020-ci ildə 2185856.97 manat olub. O cümlədən: Aparatın işçilərinə (mükafat, maddi yardım, əmək haqqına əlavələr və onlardan məcburi tutulmalar, işçilərin icbari sığortası) 468890.96 manat, ezamiyyə xərclərinə 98 manat xərclənib. Agentliyin Mərdanov qardaşları, 124 ünvanında yerləşən daşınmaz əmlakı ilə bağlı xərclər 123695.47 manat olmuşdur (o cümlədən: mühafizə xərci – 86375.19 manat, enerji xərci – 18126 manat, qaz haqqı – 8807.87 manat, su haqqı – 5031.04 manat, dezinfeksiya xərcləri 3589.77 manat, lift xidməti 1180.00 manat, kommunal xidmət – 580.60 manat). İl ərzində Koronavirusla Mübarizəyə Dəstək Fonduna – 100 000 manat, Silahlı Qüvvələrə Yardım Fonduna – 100 000 manat, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 36000 manat, proqram təminatının yenilənməsinə 23900 manat, avadanlıq alınmasına 3718.20 manat, inventar alınmasına – 4950 manat, digər maşın və avadanlığın alınmasına 4576.31 manat, qəzet və jurnallara abunə yazılmasına 9147.50 manat, dəftərxana və təsərrüfat xərclərinə – 12888.35 manat xərclənmişdir. Nəqliyyat vasitələri ilə bağlı xərclər 35004.45 manat (avtomobil sığortası, təmiri, dayanacaq haqqı, yanacaq), kommunal xidmətləri üzrə xərclər (Hökumət evi) 34200.00 manat, cari təmir xərcləri 3162.40 manat, Rabitə ilə bağlı xərclər, internet abunəsi 28664.62 manat, poçt və yük daşıma xidməti üzrə xərclər 2662.40 manat, digər xərclər (suvenirlər, kitab alışı və s. xərclər (Audit yoxlamasi, dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələsi, Texniki pasport üçün, rüsum ödənişi və geri qaytarılan və s.) 11359.27 manat, bank xərcləri 3494.24 manat və s. təşkil edib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin və Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2020-ci il üçün saxlanma xərcləri Agentliyin fəaliyyəti nəticəsində əldə olunan vəsaiti hesabına ödənilib. O cümlədən: Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin saxlanılma xərcləri – 280418.66 manat, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin saxlanılma xərcləri – 899026.14 manat təşkil edib.