Sabah hava necə olacaq? - PROQNOZ

 13:19 22.02.2021     234

Fevralın 23-də  gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən  məlumata görə fevralın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, axşam isə qara keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa  yüksələcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.  

Fevralın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və şərq rayonlarından başlayaraq  yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 14-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. 

Tibbi-meteoroloji xəbərdarlıq

Fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.