Tərtərdə qoyun otardığı zaman minaya düşdü - FOTO

 19:07 22.02.2021     321

Daha bir mülki vətəndaşımız minaya düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Tərtərin Borsunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu qoyun otardığı zaman minaya düşüb. Nəticədə onun sol ayağının aşağı hissəsi amputasiya olunub. //Qafqazinfo

22