BQXK-nın nümayəndə heyəti ilə görüş - ANAMA

 17:18 23.02.2021     135

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri xanım Ariane Baueranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANAMA-dan Redaktor.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən müəyyən olunmuş ərazilərin təmizlənməsi barədə nümayəndə heyətinin rəhbərinə məlumat verilib.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində, o cümlədən partlayici sursatlarin təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahəsində həyata keçirilən layihələr və bu sahədə gələcəkdə birgə əməkdaşlıq üzrə müzakirələr aparılıb.