Məhbusun gizlətdiyi narkotik maddə aşkarlanıb

 19:55 23.02.2021     149

Bakı İstintaq təcridxanasının əməliyyat aparatları və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.

Redaktor.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Cavadov Üzeyir Həsənağa oğlu tərəfindən həbs edilməmişdən əvvəl Cəlilabad şəhərində yaşadığı fərdi yaşayış evinin həyətində, odunların arasında gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 1 kiloqram 537 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 14,8 qram olan narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. //Qfqazinfo