Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb - FAKTİKİ HAVA

 23:51 23.02.2021     420

Fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23,  Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam,  Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.