Azərbaycanda icra başçısının şok görüntüləri yayıldı - O, SƏRXOŞDUR? / VİDEO

 12:59 01.03.2021     274

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

Redaktor.az xəbər verir ki, video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Sözügedən görüntülərdə icra başçısının içkili olduğu iddia edilir.

Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Rəhimova Ağdam rayon icra başçısı Vaqif Həsənovun sosial şəbəkədə yayılan videosundan danışarkən deyib. O bildirib ki, belə məlumatlar ancaq paxıl adamlar tərəfindən yayılır:

"İnsan bu boyda yalanı necə danışa bilər? Bu, ancaq paxıl, qəlbiqara insanların işidir. Bizim icra başçısının bütün fəaliyyəti göz qarşısındadır. Adam necə işləyən adamı görməzlikdən gələ bilər? İşləmək istəyən insana da imkan vermirlər”. //Yenisabah.az