Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb

 18:47 01.03.2021     334

Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının birinci mərhələsi başa çatıb.

Redaktor.az-ın məlumatına görə, artıq deputatlar birinci mərhələdə peyvəndin ilk dozasını vurdurublar.

Peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir.

Koronavirusu keçirmiş deputatlarda isə antitellər olduğu üçün peyvənd olunmaları hələ ki, tövsiyə olunmayıb.

Qeyd edək ki, deputatların vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilib.