Kafe-restoranlarda ən çox bu qaydalar pozulub

 22:11 01.03.2021     356

Fevral ayında AQTA tərəfindən 18,395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

Redaktor.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda  (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.

Ən çox rast gəlinən nöqsanlar bunlardır:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);

Masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51,173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib. //Qafqazinfo