Təhsil müəssisələrinin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

 13:19 02.03.2021     198

Təhsil eksperti Kamran Əsədov sosial media hesabında martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırıldığını bildirib.

Redaktor.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur:

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Aysel Hacıyeva / Redaktor.az