Bakıda bu qadın corablarının satışı dayandırıldı - FOTO

 14:20 02.03.2021     546

Bu gün səhər saatlarında yerli mediada “OBA” marketlər şəbəkəsində üzərində söyüş yazılan qadın corabları satıldığı barədə məlumat yayımlanıb.

Bu məsələ ilə əlaqəli olaraq adı çəkilən marketlər şəbəkəsinin mətbuat nümayəndəsi ilə əlaqə saxladıq. Şirkətdən Redaktor.az-a sözügedən qadın corablarının satışının dayandırıldığı bildirilib:

Son zamanlar dünya brendləri öz marka məhsullarının reklamı üçün fərqli yanaşmalar həyatakeçirir, müxtəlif ifadələrdən istifadə edirlər. Lakin “OBA” marketlər şəbəkəsində məhsullardan birinin üzərində belə ifadənin olması məqsədli şəkildə həyata keçirilməyib”.

2