İcra başçısı Ziya Məmmədova yüksək vəzifə verdi - FOTO

 11:28 03.03.2021     681

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Redaktor.az-ın məlumatına görə, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı təyin edilib.

İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu vəzifədə çalışan Tağıyev Vüqar Əziz oğlu isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib. //Pravda.az