Fövqəladə hallara hazırlıq məsələləri diqqət mərkəzindədir

 19:23 03.03.2021     513

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Babək şəhər 1 nömrəli tam orta məktəbdə və Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə keçirilən maarifləndirici tədbirdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkili, fövqəladə hallara hazırlıq məsələləri diqqət mərkəzində olub.

Redaktor.az xəbər verir ki, tədbirdə istifadə olunmayan məişət elektrik cihazlarının cərəyana qoşulu və nəzarətsiz qalmasının təhlükəli tərəfləri, yanğına və dəm qazına səbəb olan amillər, bu amillərin aradan qaldırılması, dəm qazından zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında da ətraflı məlumat verilib.

Maarifləndirici tədbirlər zamanı əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilib, işçiləri maraqlandıran suаllаr cаvаblаndırılıb.

//AZƏRTAC