Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

 11:57 20.03.2021     116

Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan xalqının Novruz bayramını təbrik edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“Torpaqlarını işğaldan azad edən Azərbaycan yeni baharı, bu Novruz bayramını xüsusi qarşılayır. Vətənimizin bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla anır, sağlamlığını itirmiş bütün igidlərimizə şəfa diləyirəm”, - deyə nazir əlavə edib.