DİN-də yeni TƏYİNAT

 12:11 20.03.2021     355

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nazim Əkbərov Masallı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi təyin olunub.

O, bundan əvvəl həmin bölmənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. //Oxu.az