Ərəblərin Azərbaycanda qanunsuz hərəkəti ilə bağlı ARAŞDIRMA - VİDEO

 16:35 20.03.2021     139

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə verməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Redaktor.az məlumat verir ki, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq məsələ barədə məlumat quruma daxil olub:

“Sözügedən məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılacaq. Qanun pozuntusunun olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətirilib, ictimaiyyətə açıqlama veriləcək.

Həmçinin ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntulara göz yuması ilə bağlı faktlar bizə təqdim edilsə, araşdırılacaq”. 

Qeyd edək ki, sosial şəbəkələrdə ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə verməsi ilə bağlı videogörüntü yayılıb.

İddia olunub ki, onlar ərazidə şahin quşları vasitəsilə ov ediblər. //Oxu.az