Culfada 7 hektar sahədə toxum əkilib - FOTO

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Culfa rayon Dərəşam ərazisində 7 hektar sahədə 70 kiloqrama yaxın toxum əkilib.
Redaktor.az xəbər verir ki, əkin zamanı xəstəliyə və quraqlığa davamlı olan iydə, alça, yemişan və həmərsin toxumlarından istifadə olunub.
Toxumla əkin muxtar respublikanın dağlıq və orta dağlıq ərazilərlə yanaşı, Arazboyu düzənliklərdə, xüsusilə sututan ərazilərdə və qrunt sularının səthə çıxdığı sahələrdə də aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. //AZƏRTAC
