Azərbaycanda fermada xəstəlik yayılıb - ÇOX TƏHÜLKƏLİDİR VƏ... / FOTO

 15:10 22.03.2021     364

Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələfatı baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə sahibkar Ramiz Cavanşir oğlu Mədətov məlumat verib.

O bildirib ki, martın 18-dən başlayaraq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olması qeydə alınıb: “Bununla bağlı dərhal Tərtər rayon Baytarlıq İdarəsinə müraciət etdim. İdarədən qeyri-iş gününün olduğu əsas gətirilərək ölmüş heyvanlardan nümunələrin götürülərək laboratoriyaya göndərilməsi məsləhət bilinmədi”.

Sahibkar deyib ki, yerli baytarlar qoyunlarda ilkin olaraq Bradzot xəstəliyinə qarşı müalicə aparıblar: “Lakin iynələr vurulduğu gecə əlavə 15 heyvan tələf olub. Hazırda təsərrüfatımda 30 baş qoyun tələf olub, 20-yə yaxın isə xəstə qoyun-quzu var”. //Report

2222