SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

Tovuz rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, yerli vaxtla saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Tovuz rayonunda 3 bal olub. Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.