Qarabağdakı son vəziyyəti açıqlandı - NƏ BAŞ VERİR?

Rus istehkamçıları Dağlıq Qarabağdakı 1700 hektardan çox ərazini partlayıcı maddələrdən təmizləyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"23 noyabr 2020-ci ildən bəri 1739 hektar ərazi, 541 km yol, 1614 bina, o cümlədən sosial obyekt partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə, Rusiya sülhməramlıları tərəfindən 25 349 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib", - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.