Bakıda alt paltarında gəzən qız saxlanıldı - YENİLƏNİB

Bakıda alt paltarında gəzən qız saxlanılıb.
Redaktor.az bildirir ki, bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.
Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
Şəxs əməlindən peşman olduğunu bildirib.
16:34
Bakıda qadın ictimai yerdə alt paltarda gəzib.
Redaktor.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə qadın alt paltarında paytaxtın Fəvvarələr Meydanında gəzir.
Hadisə ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb. //Oxu.az