Sabah hava necə olacaq? - PROQNOZ

 12:07 24.03.2021     221

Martın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, martın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə  yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-8 dərəcə isti,  gündüz  11-13 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti,  gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.   

Martın 25-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.